|
Bütün şəbəkədən istifadə edənlər bu və ya digər halda, virusla rastlaşıblar. Siz öz kompüterinizi yoluxmuş məktub almaqla və ya dostlarınızdan fayl köçürməklə yoluxdura bilərsiniz.
Nə cür olursa olsun, öz kompüterinizi yoluxdurma təhlükəsi kifayət qədər yüksəkdir. Bu problemi müxtəlif üsullarla həll etmək olar: kompüter virusəleyhinə proqram təminatını quraşdırmaq, əlavələri olan məktubları məhv etmək və sair - üsullar çoxdur. Siz hətta antivirus proqramlarını quraşdırmısınızsada, bunlar virus hücumlarından müdafiədə sonuncu sərhəddir.
Bizim kompaniya, öz növbəsində, daxil və xaric olan poçtda virusların olmasını yoxlayan anti-virus sistemini istismara buraxıb. Bununla, biz Sizin kompüterinizə - Sizin qalaya girişi möhkəmləndiririk.
Spam-filter
«Spam»-bu söz bizim məişətə «şəbəkə» anlayışı ilə birlikdə gəlib. Bizim hər birimiz reklam mətnli elektron məktublar almışıq, hansılar ki bizi nəyəsə baxmağa, oxumağa, harasa getməyə bizi təbliğ edir. Belə məktublar çox olmayanda, biz onları məhv edərkən əsəbləşmirdik. Vaxt keçdikcə spam katastrofik miqyaslar almağa başladı. Əgər əvvəl biz gündə 2-3 məktub alırdıqsa, indi onların sayı 10,20… 100-ə qədər ola bilər. Biz həm əsəblərimizi, həm də pulumuzu itiririk, çünki bu sayda olan ismarıcları yükləmək üçün bizə bir neçə dəfə artıq İnternet-vaxt sərf etmək lazımdır. ADaNet universal olmayan, lakin təsirli bir vasitə - spam-filtr təklif edir, hansı ki, spam-ismarıclarını filtrdən keçirir. Bu spamın sayını 80%-ə qədər azaldır. Pis deyil, düzdürmü? Biz öz müştərilərimizin təhlükəsizliyinin qayğısına qalırıq və hər şey edirik ki, Sizin şəbəkədə işiniz Sizi qəmgin etməsin, Sizə ancaq sevinc gətirsin.
|